Azərbaycanda 49 şagirdin oxumağı və yazmağı bacarmadığı aşkarlandı - TQDK-nın araşdırması

Azərbaycanda 49 şagirdin oxumağı və yazmağı bacarmadığı aşkarlandı -  TQDK-nın araşdırması
Bütün Xəbərlər
12:12 29.01.2014
902
TQDK: Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır

Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Tələbə Qəbulu üzrə Dövlət komissiyasından APA-ya verilən xəbərə görə, belələri 11-ci sinif şagirdləri arasında 5 nəfər, 9-cu sinif şagirdləri arasında isə 44 nəfər olub: “Bustatistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan protokollarında heç də həmişə qeyd olunmadığını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır”.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Şəmkir, Gədəbəy, Ağstafa, Goranboy və Kürdəmir rayonlarının hərəsində 1 nəfər.

9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Sabirabad – 9 nəfər, Daşkəsən – 7 nəfər, Gədəbəy – 4 nəfər, Bərdə, Ağdaş, Salyan və Cəlilabad rayonlarının hərəsində 3 nəfər, Qobustan, Füzuli və Neftçala rayonlarının hərəsində 2 nəfər, Şəmkir, Tovuz, Göyçay, Kürdəmir, Ağdam və Beyləqan rayonlarının hərəsində 1 nəfər.

Buraxılış imtahanlarında həm 9-cu sinif, həm də 11-ci sinif şagirdləri arasında ən yüksək nəticələri türk liseylərinin və Təhsil Nazirliyi (TN) tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında türk liseyləri şagirdlərinin bütün fənlər üzrə topladıqları orta bal müvafiq olaraq 45.3-ə və 48.9-a, TN tabeli və özəl liseylərin şagirdlərinin nəticələri isə müvafiq olaraq 39.5-ə və 44.7-yə bərabər olub.

9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Naftalan, Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin, Şahbuz, Qubadlı və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı göstəricilər isə Daşkəsən, Saatlı və Sabirabad rayonlarının şagirdlərinə aid olub.

11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Naftalan, Sumqayıt, Mingəçevir, Bakı şəhərlərinin, Qubadlı, Qax, Şahbuz rayonlarının və Naxçıvan şəhərinin şagirdləri əldə ediblər. Göründüyü kimi, 9-cu siniflər üzrə buraxılış imtahanında yüksək nəticə göstərən bölgələr 11-ci siniflər üzrə buraxılış imtahanında da, əsasən, yüksək nəticə əldə ediblər. Ən aşağı göstəriciləri isə Ağcabədi və Sabirabad rayonlarının şagirdləri nümayiş etdiriblər.

Qeyd edək ki, ötən il buraxılış imtahanlarında 203907 nəfər şagirdi iştirak edib. Onların 117275 nəfəri 9-cu, 86632 nəfəri isə 11-ci sinif şagirdləri olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm