Azərbaycanda 60 yaşdan yuxarı şəxslər işdən çıxarılmayacaq? - AÇIQLAMA

Azərbaycanda 60 yaşdan yuxarı şəxslər işdən çıxarılmayacaq? - AÇIQLAMA
SOSİAL
15:25 27.02.2026
389
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklifi müzakirəyə çıxarılıb. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2025-ci il üzrə məruzəsində yer alan təkliflərə görə, 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağan olunmalıdır. Eyni zamanda, dövlət qulluğunda azı 35 il iş stajı olan və güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik şəxslərin də bu siyahıya daxil edilməsi təklif edilir. 
 


REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu təkliflər zaman-zaman gündəmə gəlib:

"60 yaşdan yuxarı və 30–35 ildən çox əmək stajı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması müəyyən vaxtlarda gündəmdə olub. Bu, çox məntiqli yanaşmadır. Lakin burada bəzi detallar və nüanslar mövcuddur”.

İqtisadçı deyib ki, bu proseslərdə dövlətin təşviq proqramlarına ehtiyac var:

"Əgər 60 yaşında olan bir şəxs öz işinin öhdəsindən gələ bilmirsə və bu, biznesə ziyan vurursa, bunun kompensasiyasını dövlət  ödəyəcəkmi? Bunun real olacağını düşünmürəm. Ona görə də burada dövlətin təşviq proqramlarına ehtiyac var. Əgər özəl sektor kimlərisə işdən çıxarmaq məcburiyyətində qalırsa və zərər etməmək istəyirsə, dövlət bu istiqamətdə müəyyən güzəştlər təklif etməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR