"Azərbaycanda Aşura mərasimləri insidentsiz baş tutub" - Dövlət komitəsi

"Azərbaycanda Aşura mərasimləri insidentsiz baş tutub" - Dövlət komitəsi
Bütün Xəbərlər
17:07 14.11.2013
932
Azərbaycanda "Aşura günü" şəhidlərimiz yad edilib, qanvermə aksiyalarında minlərlə insan iştirak edib. Dini icmaların mütləq əksəriyyətində əvvəlki illərdən fərqli olaraq zəncirvurma və başyarma kimi xoşagəlməz hallar müşahidə edilməyib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.
DQİDK-dən bildiriblər ki, bu gün ölkəmizin bütün bölgələrində İslam tarixinin ən faciəvi hadisəsi, eyni zamanda, şəhidliyin zirvəsinin rəmzi olan "Aşura günü" ilə bağlı əza mərasimləri keçirilir. Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə alması ilə həyata keçirilib.
Aşura mərasimlərində oxunan xütbə və moizələrdə Kərbəla faiciəsi şəhidlik məktəbi kimi tərənnüm edilib, Kərbəla şəhidləri ilə yanaşı, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları da anılıb. Məscidlərdə klassik Azərbaycan şairlərinin mərsiyələri səsləndirilib.
Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər. Son illər kök salmış ənənəyə uyğun olaraq, bu il də "Aşura günü" ölkənin 20-yə yaxın iri şəhər və rayonunda təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak edib.
Məlumatda qeyd edilir ki, əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fitvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq, əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılıb.
Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutub. "Tasua" və "Aşura" günlərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütəmadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Dövlət Komitəsinin əməkdaşlarının respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin ehtiramına layiq şəkildə keçirilib, hər hansı ciddi insident baş verməyib.(TREND)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19:20 19.07.2025
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
19:18 19.07.2025
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
19:12 19.07.2025
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19:08 19.07.2025
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
19:04 19.07.2025
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
19:01 19.07.2025
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü