Azərbaycanda avtomobil dərəyə yuvarlandı - 2 YARALI
Bütün Xəbərlər
20:00 13.11.2013
771
Şəki ərazisində yol qəza hadisəsi baş verib.Qəza nəticəsində avtomobil dərəyə yuvarlanıb. Xoşbəxtlikdən, qəza zamanı ciddi xəsarət alan olmayıb.Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 39-cu km-də, Şəkinin Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Zaqatala rayon sakiniİsayev Arif Mollaməhəmməd oğluidarə etdiyi 10-LT-021 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillə Yevlax istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yolun sol kənarındakı 5 metr hündürlüyündə dərəyə aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin,Ağakişiyeva Təranə Nadir qızıyüngül bədən xəsarətləri alıblar. Avtomobildə olan digər üç sərnişin isə xoşbəxtlikdən, heç bir xəsarət almayıb.Polisdən verilən məlumata əsasən, qəzaya səbəb ilkin olaraq avtomobilin təkərinin partlaması və idarəetmənin itirilməsi olub. Faktla əlaqədar BDYP-nin istintaq şöbəsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.(milli.az)