Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı yoxlama aparılacaq

İQTİSADİYYAT
17:08 27.12.2013
1470
Dekabrın əvvəlində Azərbaycanda Tarif Şurasının qərarı ilə avtomobil yanacağının pərakəndə satış qiymətlərinin artımından sonra yanacaqdoldurma məntəqələrində satılan məhsulun keyfiyyəti ilə əlaqədar yoxlamalar aparılacaq.

Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, yoxlamaların aparılması üçün göstəriş verilib: «Hər gün yoxlamalar aparılır. Öncədən bildirilmədən məntəqələrə gedərək nümunələr götürüləcək».

Komitə sədri deyib ki, Sumqayıt şəhərində müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir: «Götürülən nümunələr burada yoxlanılacaq. Bu günə qədər belə bir problem olmayıb. Lakin bu məsələ çox ciddi nəzarətdədir. Yoxlamalar davam etdiriləcək».(APA)

OXŞAR XƏBƏRLƏR