Nazirlər Kabineti benzin idxalı üzrə aksiz dərəcələrinə yenidən baxıb.
AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Aİ 95 markalı benzin ilə yanaşı, Aİ 98 benzinin də idxalı 15%-lik gömrük rüsumundan azad edilib.
Bu qərar fevralın 1-dən qüvvəyə minib və iyun ayının 1-dək qüvvədədir.
Aİ-98 markalı benzinin gömrük rüsumundan azad olmasının qüvvədən düşəcəyi tarix isə təyin olunmayıb.
Gömrük rüsumundan azad olunma aviasiya yanacağının idxalına şamil edilmir.
Qeyd edək ki, yanvarın sonunda Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı gömrük rüsumundan azad edilmişdi.