Azərbaycan Prezidentinin tapşırığı ilə bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin rəsmi saytında məlumat yayılıb.Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.