16:57 çərşənbə, 19 Sentyabr 2018
TOP4

Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı oldu

10:20, 21.05.201814268
Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı oldu
Bakıda xəstə əməliyyat masasında vəfat edib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan "Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.
 

 


XƏBƏR LENTİ