Azərbaycanda dəhşət: Ana 10 aylıq qızını boğaraq öldürdü

SOSİAL
11:32 16.04.2019
5209
Ağdamda ana qızını qətlə yetirib.

AZXEBER.COM xəbər verir ki, ONA-nın yerli muxbirinin xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır. 

OXŞAR XƏBƏRLƏR