Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı

Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı
SOSİAL
20:26 02.05.2018
6444
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Azxeber.com "Report"a istinadən xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.  

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır. 

Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR