"Azərbaycanda dövlət səviyyəsində idmana çox böyük qayğı var" - Deputat

"Azərbaycanda dövlət səviyyəsində idmana çox böyük qayğı var" - Deputat
İDMAN
14:41 08.09.2021
1153
"Azərbaycanda dövlət səviyyəsində idmana çox böyük qayğı var. Bildiyimiz kimi, cənab Prezidentin də rəhbərliyi ilə idmanın bütün sahələrinə diqqət göstərilir. Azərbaycanda istər bölgələrdə, istərsə də paytaxt Bakıda çox böyük idman infrastrukturu da son illər ərzində yaradılıb.  

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.

Deputat ölkəmizdə futbolun inkişafı üçün təkliflərini də bildirib:

"Futbolun inkişafı ilə bağlı bir sıra tədbirlər müəyyənləşib. Bununla bağlı dövlət proqramı qəbul olunub. Əlbəttə ki, müəyyən mənada klub səviyyəsində müəyyən mənada irəliləyişlərə nail olunub.

"Qarabağ” futbol klubu Avropa kubokları oyunlarında, Çempionlar Liqasında çıxış edib. "Qəbələ” futbol klubu irəliləyişlər edib. Eləcə də "Neftçi”nin son dövrlər və əvvəllər uğurlu nəticələri olub.

Deputat Milli Komandanın uğursuz nəticələri haqda da danışıb:

"Milli səviyyədə isə əlbəttə ki, azarkeşlər daha yaxşı nəticələr gözləyir. Burada vacib məqam ondan ibarətdir ki, ilk növbədə Azərbaycanda uşaq futbolunun inkişafına daha çox diqqət yetirilmlidir. Bununla paralel olaraq klub komandalarımız daha yaxşı nəticələrə köklənməlidirlər. Bu addımlar atılarsa, gələcəkdə futbolun da milli komanda səviyyədində daha yaxşı nəticələr əldə edilməsinə nail olmaq olar.  

Dünyanın aparıcı ölkələrində uşaq futbol akademiyalarının yaradılması, bunun inkişaf etdirilməsi çox böyük tarixə malikdir. Düzdür, Azərbaycanda da belə akademiyalar mövcuddur. Amma çox təəssüf ki, yaxşı nəticələr hələ ki, görə bilmirik. Futbol elə bir oyundur ki, bunun üzərində daha ciddi işlənməlidir”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR