Azərbaycanda əhalinin gəlirləri artıb

İQTİSADİYYAT
12:10 16.12.2013
1418

Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 faiz artaraq 32.3 milyard manata çatıb.

AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun əhalinin hər nəfərinə düşən məbləği isə 6.5 faiz çoxalaraq 3471.7 manat olub.Gəlirlərin 68.0 faizi son istehlaka, 9.0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 21.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.Əhalinin sərəncamında 29.4 milyard manat məbləğində gəlirləri qalıb və keçən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz artıb.

OXŞAR XƏBƏRLƏR