Azərbaycanda dəhşət: gəlinlər arasında dava düşdü, onlardan biri öldürüldü

SOSİAL
13:05 08.10.2021
1631
Astara rayonunda gəlinlər arasında dava düşüb.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR