Azərbaycanda gənc idmançılar niyə uğur qazana bilmir? - Prezidentin tənqidindən nəticə çıxarmaq lazımdır

Azərbaycanda gənc idmançılar niyə uğur qazana bilmir? - Prezidentin tənqidindən nəticə çıxarmaq lazımdır
MANŞET
14:08 08.09.2021
1605
Məlum olduğu kimi, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğursuz nəticə göstərdilər. Yarışda mübarizə aparan 44 idmançıdan cəmi yeddisi medal qazana bildi. 

Amma bu medallar arasında qızıl medal qazanan idmançımız olmadı. 

Medalardan 3-ü gümüş, 4-ü isə bürünc idi. 

Azərbaycan bu nəticə ilə 67-ci yerdə qərarlaşdı. Bu göstərici son 25 ilin ən uğursuz nəticəsidir. 

Təbii ki, 44 idmançımızın təmsil olunduğu oyunda bu, çox zəif göstəricidir. 

Bəs idman sahəsində bu cür nəticələr şanssızlıqdır, yoxsa tapşırıqların düzgün yerinə yetirilməməsinin nəticəsidir? 

Azərbaycanda digər sahələr kimi idman sahəsi də hər zaman Prezidentin diqqəti altındadır. 

İlham Əliyev bununla bağlı bir çox tapşırıq və göstərişlərini verib.

Ötən gün yeni təyin olunan Gənclər və İdman naziri Fərid Qayıbovu videoformatda qəbul edən Prezident İlham Əliyev bu məsələyə bir daha toxunub.

Prezident bildirib ki, federasiyalardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır:

"Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır".

Yeni təyin olunan nazir Fərid Qayıbov isə inamlı açıqlamalarla diqqət çəkib. O, qeyd edib ki, idman strategiyası uğrunda çalışılacaq:

"Azərbaycan idmanının strategiyası müəyyənləşdiriləcək. İdman mütəxəssisləri ilə birlikdə biz bu strategiya istiqamətində çalışacağıq". 
 
Nazir bildirib ki, bu strategiya "İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir: 
 
"Gələcəkdə uşaq və gənclərin idmanla məşğul olması ilə bağlı ciddi planlarımız var. Bu planlar isə yaxın müddətdə açıqlanacaq”.

Prezidentin də qeyd etdiyi kimi, medallar qazananlar yalnız veteran idmançılardır. Xüsusən daha çox diqqət göstərilən gənc idmançılar isə uğursuz nəticələri ilə bizi məyus edir. 

Mövzu ilə bağlı AZXEBER.COM-a idman mütəxəssisi Kənan Məstəliyev fikirlərini bildirib.

O, qeyd edib ki, aidiyyatı qurumlar Prezidentin çıxışından, tənqiddən nəticə çıxarmalıdırlar:

"Əvvəlcə onu qeyd edim ki, dövlət başçısının da bu məsələyə toxunması idmanın dövlət səviyyəsində diqqətdə saxlanılmasının göstəricisidir. Məsələ təkcə Olimpiyadada qazanılan medalların əyyarı yox, necə qazanılmasını, kimin qazanmasını görməsi çox vacibdir. Prezidentin bu məsələlərə diqqət etməsi bu sahədə ciddi problemin olmasından xəbər verir. Yeni gənclər və idman naziri, eləcə də digər aidiyyatı qurumlar bu çıxışdan, tənqiddən nəticə çıxarmalıdırlar".

Kənan Məstəliyevin sözlərinə görə, Azərbaycan idmanında struktur olaraq ciddi kadr islahatına ehtiyac var:

"Amma gənclərin bu sahədə uğursuz nəticələrinin isə fikrimcə, çox sadə izahı var. Azərbaycanda idman sistemində, strukturunda yer alan kadrların dövrü keçib. Yəni onlar yeniliklərə hazır deyillər. Müasir dövrün tələblərini qəbul etmək iqtidarında deyillər və buna qarşı çıxırlar. Ola bilər ki, bunu bilməyərəkdən edirlər. Amma mən düşünürəm ki, Azərbaycan idmanında struktur olaraq ciddi kadr islahatına ehtiyac var. Yeni, enerjili, gənclərin inkişafına şərait yaradan kadrlara ehtiyac var. Onlara bu şərait yaradılmalıdır ki, onlar gəlsinlər, çalışsınlar.  Azərbaycan idmanının inkişafına mane olan məhz budur. 30 il əvvəl tətbiq olunan sistemlər o dövr üçün idi. İndi isə yeniliklər tətbiq olunmalıdır. Yeniyetmə, gənc nəsilə daha ciddi yanaşılmalıdır. İndikilər isə bunu dərk etmək istəmir və ancaq hazır olanlarla işləmək istəyirlər”.  

Biz də ümid edirik ki, yeni nazir və yeni islahatlar ölkə idmanında inkişafa səbəb olacaq. Ölkədə gənc idmançıların uğurlu nəticələrinə sevinmək hər bir vətəndaşın istəyidir.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq