Azərbaycanda görünməmiş hadisə: İcra başçısı YAP-ın namizədinə qarşı

Azərbaycanda görünməmiş hadisə: İcra başçısı YAP-ın namizədinə qarşı
Bütün Xəbərlər
12:00 30.10.2015
4135
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə artıq saatlar qalıb. 
Seçki kampaniyaları da bu səbəbdən bitməyə başlayıb. Lakin bəzi namizədlər qanunun icazə verdiyi müddətə qədər seçicilərlr görüşməyə çətinlik çəkir. Belə dairələrdən biri də 118 saylı Ağdam şəhər seçki dairəsidir.
AZXEBER.COM-un məlumatına görə, bu dairədə təzyiqlər hakim Yeni Azərbaycan Partiyasının namizədi Gülnar Abbasovaya qarşıdır və nə qədər qəribə səslənsə də, bu təzyiqlərin arxasında Ağdam rayon icra hakimiyyətinin başçısı və YAP-ın Ağdam rayon şöbəsinin müdiri İsgəndər Quliyev dayanır.
Bu haqda mətbuata müsahibəsində namizədin özü deyib. Sitat:Təəssüflər olsun ki, büttün bunların başında İsgəndər Quliyev durur. Təsəvvür edirsinizmi, mən YAP-ın MSK-da təsdiqlənmiş, qeydiyyatdan keçmiş rəsmi namizədiyəm. Neçə gündür seçicilərimlə qrafik üzrə görüşə hazırlaşıram. Məktəbə gedirəm, qapıları üzümə bağlanır. Məktəb direktoru deyir ki, bizə deyiblər ki, yalnız Bəxtiyar Əliyevlə görüşə icazə verir. Sonra icra başçısına zəng vururam, yalnız bundan sonra məktəbin qapısı açılır. Bu adamlar, əslində, YAP-ın imicinə ağır zərbə vururlar. Necə ola bilər ki, müstəqil namizədlərə belə problem yoxdur, amma YAP-ın partiyadan irəli sürülmüş namizədinə qarşı belə hərəkətə yol verirlər… Bəxtiyar Əliyev nə vaxta kimi Ağdamdan deputat olmalıdır? Rayonda onun görüşünə evdən adamları zor ilə yığırlar. Amma məni hamı tanıyır, buna da rəsmilər mane olur…Mən də onlara deyirəm ki, əgər doğrudan da Ağdamda yalnız seçkidən-seçkiyə görünən Bəxtiyar Əliyevin bu dəfə də deputat olması lazımdırsa, qoy mənə YAP rəhbərliyindən desinlər ki, namizədliyini geri götür, yaxud geri çəkil və s. Bunlar yoxdursa, mən özbaşına necə geri çəkilim?Mənim nə günahımdır ki, Azərbaycanın lider siyasi partiyası olan YAP-ın rəsmi namizədiyəm…Yəqinki bu gün cənab Prezidentə baş verənlərlə bağlı, xüsusən də YAP-ın Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyevin partiyanın iradəsinin ziddinə gedən hərəkətləri barədə teleqram vurub məlumat verəcəyəm…Hətta məsuliyyətini itirmiş YAP-ın Ağdam şöbəsinin sədri İsgəndər Quliyev mənə deyir ki, sənin görüşünü təşkil edə bilmərəm, sən 1-ci dərəcəli namizəd deyilsən… Təsəvvür edirsinizmi, Ağdamda namizədləri dərəcələrə bölüblər. Qadın namizədliyimi görüb elə bilirlər ki, mən susacağam, hədələrə tab gətirməyib Bəxtiyar Əliyevin xeyrinə geri çəkiləcəyəm. Amma belə olmayacaq və mən partiyamın mənafeyini kimsənin bəd niyyətinə qurban verməyəcəyəm və prinsipial mövqeyimdən geri çəkilən deyiləm…"Onu da qeyd edək ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun göstərişi ilə dünəndən etibarən icra, bələdiyyə və məhkəmə işçilərinin şəxsiyyət vəsiqələri toplanıb və onların əvəzinə səs veriləcəyi deyilir. Ən maraqlısı isə odur ki, bu saxtakarlığın başında icra başçısı özü dayanır. Raqub Məmmədov bildirib ki, adıçəkilən dairədən deputat Bəxtiyar Əliyev olmasa, hər kəsi cəzalandıracaq.
OXŞAR XƏBƏRLƏR