Azərbaycanda hansı teleaparıcı ərini başqa kişi ilə aldadır? - Tanınmış ekstrasensdən şok proqnozlar

MAQAZİN
00:05 14.06.2014
17413

Azərbaycanda “Ekstra hiss”, Moskvada “Bitva ekstrasensov”, Ukrayna və Qazaxıstanda da eyni adlı verlişlərdə öz görücülük məharəti ilə fərqlənən, Voronejdə ““Bitva ekstrasensov” layihəsinin 2011-ci il qalibi, ekstrasens Aqil Məhərrəmov TV məkanımızın tanınmış simaları olan aparıcılarla bağlı şok proqnozlar verib.

AZXEBER.COM 3 yaşından bu günə kimi 7 dəfə vergi verilən, 2 ay oyanmadan yatan, şou əhli ilə bağlı, xüsusilə Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova ilə bağlı verdiyi proqnozu təsdiqini tapan ekstrasens Aqil Məhərrəmovun portalımıza verdiyi qalmaqallı müsahibəsini təqdim edir.

-Başlayaq ilk olaraq aparıcı Aytən Səfərovadan. Onunla bağlı nə görürsünüz? 

-Aytən Səfərovanı təzə verlişdə, təzə layihədə görürəm. Bu layihə ona daha da uğur gətirəcək. Aytən Səfərovanın şəxsi həyatında yenilik görmürəm. Onu şəxsi həyatdatək hiss edirəm.Ümumiyyətlə Aytən Səfərovanın şəxsi həyatında durğunluq var. Amma özü yaxşı insandı. Belə hiss edirəm. Üstündə çoxnəfs çoxdur. Boyun arxasında ağrılar görürəm.

-Xoşqədəm Hidayətqızı haqqında son olayı eşitmisniz yəqinki. İnsanlara maraqlıdır ki, sülhsevər, bir çox insanları taparaq ailələrə xoşbəxtlik gətirən X. Hidayətqızı həqiqətənmi qonşusunun torpağını əlindən alıb? Ya bu ona qarşı edilən qara piar məqsədi daşıyır?

-Bəli doğru xəbərdi. Əlindən almasa da, elə bir şey edib. Madiyyat qarşılığında edilən bir şeydi. Xoşqədəm xanıma belə məsləhət görərdim ki, o evi almasın. Uğur görmürəm ona o evdə... Ümumiyyətlə Xoşqədəm xanımı yaxşı bir insan kimi hiss edə bilmirəm. O insan çoxlarını gözü yaşlı qoyub.

-Əkbər Əlizadə haqqında nə deyə bilərsiniz ?

-Aparıcılıqdan daha çox aktyorluq fəaliyyəti ilə məşğul olsa daha uğurlu alınacaq. Şəxsi həyatında iki evlilik görürəm. Birinci ailəsindən boşanmağı pul üstə olub, zənnimcə. Arvadı ondan boşanıb. Arvad “pul-pul” deyib. Yəqin Əkbər arvadının pulunu yeyib. Aralarında pul, sənəd söhbəti olub.

-Aparıcı Cavid Gül və sevgilisi Səbinə Allahverdiyeva... Səncə, onlar ailə həyatı quracaqlar?

-Tanımıram. Şəkil göstərin mümkünsə. (şəkili internetdən tapıb göstərirəm-red)/ Bu cütlük birlikdə olmayacaqlar. Bu iki insan sevgilidirlər ümumiyyətlə?

-Səhv etmirəmsə hə.

-Aralarında sevgi görmürəm. Dostluq, birləşmə, öyrəşmə görürəm .

-Vəssalam ?

-Cavid Gül və model sevgilisi arasında intim münasibət görürəm. Sevgi yoxdur. Mənə elə gəlir ki, bu iki insan bir-birindən reklam üçün istifadə edirlər. Sonda böyük bir mübahisə ilə ayrılacaqlar.

-Aparıcı Şəhriyar Əbilovdan da danışaq.

-Onu yaxşı, sadə insan kimi görürəm. Çox sadəlöv insandı. Bu il xarici dövlətdə olacaq. Hələ ailə qurmayacaq. Ailələrində sevinc görürəm.

-Nərgiz Cəlilova...

-Yazıq Nərgiz Cəlilova...

-Niyə ki ?

-Allah bu insana səbr versin. Zərbələr və cadular bu insana çox olub. Nərgiz Cəlilovanın vurduğu zərbələr ona vurulan zərbələr arasında yoxa çıxıb, kölgədə qalıb. Bu insanda və qızında çox cadular var. Qızının da həyatı qarmaqarışıq olacaq. Ekstrasensə ehtiyacı var. Yüzdə yüz.

-Zaur Kamal haqqında danışaq.

-Ona üzük görürəm. Yaxın zamanda evlənəcək və tezliklə də uşağı olacaq. Amma 5/5 layihəsi bağlanacaq.

-Kamilə Babayeva ilə bağlı nə görürsünüz?

-Onu böyük biznesdə görürəm. Efir həyatı görmürəm. İki övlad görürəm. Baş ağrıları var. Tezliklə bir oğlu da olacaq..

-İlham Mirzəyev bu il azad olacaq ?

-Mənə elə gəlir ki, bu il həbsdə qalacaq. Gələn il çıxacaq. Amma onda bir qram da ekstrasenslik gücü görmürəm. Olar bir söz deyim?

-Buyurun.

-Mən insanlardan bir şey rica edim ki, hər hansı ekstrasens yüksək məbləğ tələb edəndə həmin məbləği verməsinlər. Yoxsa 7-8 min ekstrasensə verirlər ki, sən Allah məni sağalt. O da yalançı çıxır, it də gedir, ip də...

-Samir Bayramlı çoxdandı görünmür. Görəsən onda da cadu filan var?

-İki oğlan aparıcı ona efirdən uzaqlaşması üçün cadu ediblər.

-İlkin Həsəni görəsən bu il evlənəcək ?

-Məncə, İlkin Həsəni də bu il evlənəcək.Ayrılıqlar olub. Sevdiyi qız olub. Ondan ayrıldıqdan sonra sevgidən uzaqlaşıb. Diplom görürəm. Və bu il ərzində başqa uğurlu layihəsi olacaq.

-Yandırıb –yaxan Zema ...

-Zemanın həyatında iki kişi görürəm. Məncə Zemanın ürəyində başqa adamdı, yatağında başqa adam ...

-Nanə nə vaxt evlənir ?

-Tezliklə evlənəcək. Özündən yaşca böyük biri ilə. Həmin şəxs biznesmendi.

-Zaur və Günay üçün deyirlər ki, şou xətrinə evləniblər. Düzdü?

-Xeyr, onlar evləniblər. Sevirlər bir-birini. Amma “Öz aramızda” verlişi bağlanacaq. Zaur haqqında onu deyə bilərəm ki,6 il tanınmış bir insanla gizli eşq yaşayıb. Amma şou-biznes adamı olmasa da, üzdə olan biri ilə sevgili olub.

-Afaq Gəncəli ...

-Həyatında biri var. Ciddi münasibətləri var, amma sonda ayrılıq olacaq. Birinci ailəsi caduya görə dağılıb.

-Azər Axşam barədə nə deyə bilərsiz ?

-Mən belə görürəm ki, Azər Axşama 1-ci həyat yoldaşı və daha bir qadın cadu edib və o cadularnı təmizləməsə ölə bilər.

-Ülvira Qarayeva...

-Təzə həyatı qurulmaq üzrədir. Yenidən ailə həyatı quracaq.

-Elgiz Əkbər haqqında danışaq son olaraq.

-Elgiz Əkbər ailə quracaq. Amma tez bir zamanda dağılacaq. Elgiz övlad sahibi ola bilməyəcək, elə görürəm.

Proqnozlarına görə Aqil Məhərrəmov özü məsuliyyət daşıyır: 055 223 66 13

OXŞAR XƏBƏRLƏR