Azərbaycanda hava şəraiti dəyişəcək –XƏBƏRDARLIQ

SOSİAL
13:22 15.04.2016
3555
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
Aprelin 16-sı axşam, 17-də gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

OXŞAR XƏBƏRLƏR