Azərbaycanda iki dost dənizdə batdı

Azərbaycanda iki dost dənizdə batdı
Bütün Xəbərlər
12:51 30.08.2013
1248

Bakıda dənizdə iki dost batıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Şüvəlan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İki dost - 1981-ci il təvəllüdlü Anar Bağır oğlu Məmmədov və 1982-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Allahverdiyev dənizdə çimərkən batıblar.

Hər iki şəxsin cəsədi sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğundan araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR