Azərbaycanda inanılmaz hadisə - Qadın kişini döyüb xəstəxanalıq etdi

Azərbaycanda inanılmaz hadisə - Qadın kişini döyüb xəstəxanalıq etdi
SOSİAL
14:01 25.06.2019
4550
Gədəbəydə kişini döyən qadına cinayət işi açılıb.
 
Gədəbəy sakini Bağırov Mirzə Qədir oğlu polisə müraciət edərək Bəsti adlı qadının onu döyərək xəsrətlər yetirdiyini deyib. O, xəstəxanaya yerləşdirilib və müəyyən xəsarətlərinin olduğu dəqiqləşib.

Hadisə ilə bağlı Mehdiyeva Bəsti Səyyad qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///News24.az
OXŞAR XƏBƏRLƏR