04:37 Bazar Günü, 17 Noyabr 2019
SOSİAL

Azərbaycanda kütləvi dava: ölən və yaralanan var

15:00, 14.08.20192530
Azərbaycanda kütləvi dava: ölən və yaralanan var
Beyləqanda kütləvi dava olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.
XƏBƏR LENTİ