Azərbaycanda mikroavtobus aşdı: 15 yaşlı qızın vəziyyəti ağırdır

Azərbaycanda mikroavtobus aşdı: 15 yaşlı qızın vəziyyəti ağırdır
SOSİAL
12:24 13.05.2019
3137
Zaqatalada mikroavtobus aşıb. 

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində altı nəfər yaralanıb.

Onlar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır:

"Vəziyyəti ağır olan şəxs 15 yaşlı qızdır. Bud sümüyünün sınığı diaqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanların vəziyyəti ağır deyil. İlkin müayinələrdən sonra tez bir zamanda onların evə buraxılacaqları gözlənilir".
OXŞAR XƏBƏRLƏR