Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR
SOSİAL
17:35 26.01.2026
401
Azərbaycan Milli İncəsənət Muzeyində "Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub. 

Ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.

Layihə bp və onun Azəri–Çıraq–Günəşli, Bakı–Tbilisi–Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşlarının dəstəyi ilə "Greentech Solutions” MMC tərəfindən icra olunub.

Layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərlərinin nümayişi üçün nəzərdə tutulmuş sərgi zallarında əsaslı təmir, dizayn və texniki modernləşmə işləri həyata keçirilib. Yenilənmə prosesi müasir muzey ekspozisiya prinsiplərinə uyğun şəkildə aparılaraq zalların həm estetik, həm də funksional imkanlarını əhəmiyyətli dərəcədə artırıb, sənət nümunələrinin beynəlxalq muzey standartlarına uyğun qorunmasına və nümayişinə əlverişli şərait yaradıb. 

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi görkəmli sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilib. Yeni daimi ekspozisiya onların çoxşaxəli bədii irsinin sistemli şəkildə və müasir muzey standartlarına uyğun formada ictimaiyyətə təqdim olunmasını təmin edib.

Açılış mərasimində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış nonkonformizm hərəkatının Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rol xüsusi vurğulanıb, bu irsin qorunub saxlanılmasının və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti qeyd edilib. 

Tədbirin bədii hissəsində Xalq artisti, vokalçı Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə dünya klassik musiqisinin seçmə nümunələrini ifa ediblər.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, "Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiya hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin ziyarətçiləri üçün açıqdır.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
Gəmidəkilərin nəşləri tapıldı
13:10 09.06.2026
Gəmidəkilərin nəşləri tapıldı