09:29 çərşənbə Axşamı, 19 Mart 2019
SOSİAL

Azərbaycanda polis idarəsinin yaxınlığında dəhşətli qətl - Ər arvadını boğdu

16:36, 11.01.20195044
Azərbaycanda polis idarəsinin yaxınlığında dəhşətli qətl - Ər arvadını boğdu
Bu gün səhər saatlarında Sumqayıt şəhərində qətl törədilib.

AZXEBER.COM "publika.az”a xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin yaxınlığında yerləşən Birləşmiş məhəlləsində yerləşən mənzildə orada yaşayan 1991-ci il təvəllüdlü Axundova Leyla Kamandar qızının yataqda meyiti tapılıb.

Bəlli olub ki, 28 yaşlı qadın həyat yoldaşı tərəfindən boğularaq öldürülüb.

L.Axundovanın meyiti morqa ekspertizadan keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
XƏBƏR LENTİ