Azərbaycanda polis zabiti 17 yaşlı oğlanı vurdu

SOSİAL
22:27 25.11.2019
14495
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR