22:23 Bazar Ertəsi, 22 Aprel 2019
SOSİAL

Azərbaycanda qadın yol polisinin postunda övlad dünyaya gətirdi - Video

13:53, 11.02.20192706
Azərbaycanda qadın yol polisinin postunda övlad dünyaya gətirdi - Video
Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan "Nəvai” postunda dayanıb.
 
AZXEBER.COM avtosfer.az-a istinadən xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. 

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətləri normaldır.
 

XƏBƏR LENTİ