Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.
Bu barədə AZXEBER.COM-a AYB-dən məlumat verilib.
Şair bu gün ürək çatışmazlığından 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Orada Şişqaya kənd orta məktəbini bitirib. İrəvanda Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb.