Azərbaycanda satışda olan ən bahalı "Gallendevagen" – 590 min - FOTOLAR

SOSİAL
14:56 31.03.2016
3017
2015-ci il istehsallı olan avtomobil heç sürülməyib - həcmi 6300 kubsantimetrdir

AZXEBER.COM Avtosfer.az-a istinadən xəbər verir ki, Azərbaycanda satışa çıxarılan ikinci ən bahalı avtomobil də "Mersedes" markalıdır. "Gallendevagen" markalı "G 63 AMG" model avtomobili 590 min manata satışa çıxarılıb. Avtomobilin mühərriki 544 at gücü, həcmi 6300 kubsantimetrdir. 2015-ci il istehsallı olan avtomobil heç sürülməyib.

Digər bir avtomobil "Rolls-Royce" markalı maşındır. Satışa çıxarılan İngiltərə istehsallı maşın 2014-cü ilin buraxılışıdır. Qiyməti 350 min dollar (539 min manat) olan avtomobil cəmi 360 km sürülüb. Avtomobilin mühərriki 563 at gücü, həcmi 6600 kubsantimetrdir.

OXŞAR XƏBƏRLƏR