Azərbaycanda sərxoş sürücülərin avtomobilləri əllərindən alına bilər

Azərbaycanda sərxoş sürücülərin avtomobilləri əllərindən alına bilər
Bütün Xəbərlər
11:34 30.08.2013
729
Azərbaycanda sərxoş sürücülərin avtomobillərinin müsadirə olunması təklifi irəli sürülüb.Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Trend-ə bildirib ki, sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi təklif olunur: "Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi sərxoş sürücüyə qarşı yalnız cərimə tətbiq olunmur, onlar birmənalı olaraq sürücülük hüququndan məhrum edilirlər. Hazırda Azərbaycanda o halda sürücülük hüququndan məhrum edirlər ki, bu hal il ərzində iki dəfə baş versin, yaxud şəxs avtomobili sərxoş vəziyyətdə idarə edərkən kiməsə yüngül xəsarət yetirsin, yaxud da maddi ziyan vursun".Millət vəkili sərxoş sürücülərin avtomobilinin müsadirə edilməsi məsələsinin də qanunvericiliyə daxil ediləcəyini istisna etməyib: "Şəxs avtomobili dəfələrlə sərxoş halda idarə etməsi faktına yol verərsə, maşının müsadirə edilərək həmin şəxsin sürücülük hüququndan məhrum edilməsi müzakirə predmeti ola bilər. Müsadirə edilən avtomobil inzibati xətanın predmeti kimi satılır, dəyəri sürücünün özünə də verilə bilər, hətta dövlət büdcəsinə də keçirilə bilər".R.Cəbrayılov cəzaların sərtləşdirilməsinin zamanın tələbi olduğunu deyib: "Bu, o qədər zəruri məsələdir ki, bir vaxt istəsək də, istəməsək də cəmiyyət bunu tələb edəcək. Çünki hərəkətin intensivliyi, insanların çoxluğu, avtomobillərin sıxlığı artıq o həddə çatıb ki, avtomobili nəinki sərxoş vəziyyətdə, hətta adi halda belə idarə etmək artıq heç kimin şəxsi işi deyil".
OXŞAR XƏBƏRLƏR