“Azərbaycanda taxıl və tərəvəz problemi olmayacaq” – Nazirlik rəsmisi

“Azərbaycanda taxıl və tərəvəz problemi olmayacaq” – Nazirlik rəsmisi
İQTİSADİYYAT
22:37 23.04.2020
1275
Azərbaycanda taxıl ehtiyyatı ilə bağlı heç bir problem yoxdur.

Bu haqda Azərbaycan Televiziyasının (AzTV) "Hədəf” verilişində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə məlumat verib.
 
AZXEBER.COM xəbər verir ki, o, bildirib ki, ölkəmizdə 1.5 milyon ton civarında taxıl ehtiyatlarını formalaşdırmaq üçün həm özəl, həm də dövlət sektorunda olan anbar infrastrukturu formalaşdırılıb. Mərkəz rəhbərinin sözlərinə görə, un emalı sənayesi formalaşdırılıb ki, ölkəyə lazım olan ərzaq buğdası iri partiyalarla idxal edilir: "İlin əvvəlində qiymətləndirmə aparılanda məlum oldu ki, bizim dövlət olaraq bu sahədə narahatlığımız yoxdur, ehtiyyatlarımız anbarda var.
 
Yaxşı əlamətlərdən biri də odur ki, mövsüm başlayandan istehsal etdiyimiz ərzaq məhsulları ilə bağlı proqnozlarımız özünü doğruldur.  Kartofdur, tərəvəzdir, bu məhsullar üzrə bizim istehsal göstəricilərimiz daha da artacaq”.
 

OXŞAR XƏBƏRLƏR