21:03 şənbə, 25 Yanvar 2020
SOSİAL

Azərbaycanda toyda kütləvi dava - dostunu ürəyindən bıçaqladı

11:38, 08.12.20194640
Azərbaycanda toyda kütləvi dava - dostunu ürəyindən bıçaqladı
Göygöl rayonunda kütləvi dava baş verib.

AZXEBER.COM-un baku/ws-ə verdiyi məlumata görə, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb.

İçkili vəziyyətdə olan gənclər arasında düşən dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Elman Cəfərov ürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

İlkin məlumatlara görə, Elman Cəfərov öz dostu tərəfindən bıçaqlanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ