Azərbaycanda uşaqlar üçün bu oyunlar qadağan edilir? - AÇIQLAMA

Azərbaycanda uşaqlar üçün bu oyunlar qadağan edilir? - AÇIQLAMA
SOSİAL
16:08 06.02.2026
363
""İdrak" liseyində baş verən hadisədən sonra Azərbaycanda zorakılıq elementləri ehtiva edən və uşaq psixologiyasına mənfi təsir göstərən oyunların bloklanması, hüquqi baxımdan tamamilə reallaşa bilər".

Bu sözləri İKT üzrə ekspert Elvin Abbasov AZXEBER.COM-a açıqlamasında deyib. 

O, bildirib ki, bu oyunların ləğvi mümkündür:


"”Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun və milli təhlükəsizlik maraqları dövlətə imkan verir ki, mənəvi dəyərlərə zidd olan və ya aqressiyanı təşviq edən rəqəmsal platformaların ölkə ərazisində fəaliyyətini məhdudlaşdırsın. 

Türkiyədə "Roblox”un, Hindistanda isə PUBG-nin bloklanması təcrübəsi göstərir ki, bu cür qərarlar adətən platforma rəhbərliyinin daxili nəzarət mexanizmlərini (məsələn, zərərli çat otaqlarının ləğvi) tətbiq etməməsi səbəbindən verilir və Azərbaycanın da oxşar addımı atması ehtimalı hazırda çox yüksəkdir”.

Ekspert qeyd edib ki, bloklama təkbaşına mütləq həll yolu deyil:

"Lakin bloklama təkbaşına mütləq həll yolu deyil. Çünki VPN kimi texnoloji vasitələr bu qadağaları tam aradan qaldırmağa imkan vermir. Əsl həll yolu məktəblərdə və ailələrdə "rəqəmsal gigiyena" mədəniyyətinin formalaşdırılması, oyunlara qarşı saatlıq limitlərin qoyulması və dövlət səviyyəsində mərkəzləşdirilmiş milli filtrasiya sisteminin gücləndirilməsidir. Bu cür hadisələrin təkrarlanmaması üçün yalnız oyunun bloklanması kifayət deyil, həm də risk qrupuna daxil olan, davranış pozuntusu göstərən şagirdlərin erkən aşkarlanması üçün güclü psixoloji monitorinq sistemi qurulmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR