Azərbaycanda vəzifəli şəxs qəfil vəfat edib

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat edib
SOSİAL
15:38 14.03.2021
959
Salyan rayonunda vəzifəli şəxs dünyasını dəyişib.

Rayonun Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi, 1960-cı il təvəllüdlü Nəzirov Elçin Bayram oğlu bu gün səhər saatlarında evdə olan zaman qəfil dünyasını dəyişib.

Kənd sakinlərinin bildirdiyinə görə, Salyanın Yenikənd kəndində doğulan E. Nəzirov uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, E. Nəzirov 8 ilə yaxın idi Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi işləyirdi.
 
///Report
OXŞAR XƏBƏRLƏR