Azərbaycanda xanəndəni öldürənə cəza verildi

KRİMİNAL
16:27 22.11.2013
3398

Bakı Ağır Cinayətlər Məhkəməsində anasının xanəndə sevgilisini qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Aydın Orucovun məhkəmə prosesi başa çatıb

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Orucov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, cinayət hadisəsi 2013-cü il iyulun 12-də Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Həmin ünvanda xanəndəSamir Mustafayevöldürülüb. Qətli törədənAydın OrucovSamiri oğru zənn edərək qətlə yetirib. İstintaq zamanı mərhumun mobil telefonundakı "SMS"lər oxunandan sonra məlum olub ki, Samir gecə evə oğru kimi yox, yaxın münasibətdə olduğu qadının yanına gəlib. Hadisə baş verən gecə ikinci mərtəbədə olan Aydın Orucov birinci mərtəbədən səs eşidərək, aşağı düşüb. Birinci mərtəbədə anası yatan otağa çatanda Samirlə üz-üzə gəlib. Onu oğru zənn edərək, bıçaqla iki dəfə vurub. Xanəndə evdən qaçsa da, Aydın onu təqib edib. Samiri “Papanin” körpüsünün altında tutub və bıçaqla daha bir zərbə vurub və hadisə yerindən uzaqlaşıb. Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Məlum olub ki, Samirin telefonunda son "SMS" Aydının anası tərəfindən yazılmış “Qapı açıq olacaq, girərsən içəri” olub. Bu "SMS"-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb