Azərbaycanda Xəzər dənizinin suyundan enerji alınacaq - FOTOLAR
19:57 07.03.2013
1246
Azərbaycanda dəyəri 300 milyon dollar dəyərində “Şimal-2” buxar-qaz qurğusu stansiyası layihəsi tikilir. Bu layihə sayəsində Bakının 40-45 faizi elektrik enerjisi ilə təhciz olunacaq. Yaponiya Hökumətinin Azərbayacana göstərdiyi rəsmi inkişaf yardımı çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində inşa edilən “Şimal 2” elektrik stansiyasının gücü 409 meqavatdır. Bu qurğunun istifadəsi xüsusilə Abşeron yarımadasının şərq hissəsinin ehtiyacını ödəmiş olacaq.Stansiya Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa edilir. Artıq gələn il yaz aylarında istismara veriləcək stansiyaya kredit 40 il müddətinə 0, 75 faizlə verilib.“Şimal-2” ES qurğusunda unikallıq soyutma suyunun qəbuledici sistemindən ibarətdir. Belə ki, Xəzər sahilində ilk dəfə qurulan bu qurğu stansiyaya təmiz suyun daxil olmasını təmin edəcək. Əgər əvvəllər Xəzərdə olan çirkab, yosunlar, tullantı parçaları təmiz suyun əldə olunmasına imkan vermirdisə, artıq yeni qurulan su qəbuledici qurğu bu problemi həll edəcək. Yaponiyalı mütəxəssilər bu qurğunun ömrünün 30-40 il olduğunu bildirirlər. Təmiz suyu əldə etmək üçün yaponiyalı mütəxəssislər qurğunu 450 metr uzaqda və mənfi 8 m dərinlikdə quraşdırmağı tövsiyə ediblər.Beləliklə, “Şimal-2” buxar-qaz qurğusu stansiyasıda Xəzərin suyundan istifadə olunacaq. 1-2 dərəcədə qızan su yenidən Xəzərə geri qaytarılacaq. Mütəxəssislər bu suyun dəniz üçün heç bir təhlükə yaratmadığını iddia edilər.Qeyd edək ki, bundan əvvəl bu cür su qəbuledici qurğu sistemi Hindistan, Çin, Vyetnam, Koreya və digər ölkələrdə uğurla sınaqdan keçirilib.Ümumiyyətlə, Yaponiya Hökuməti İkitərəfli kredit yardımı çərçivəsində “Şimal Qaz Buxar Stansiyası Layihəsinin” fazaları və “Şimal Qaz Buxar Layihəsinin” II hissəsinə 911 milyon dollar ayrıb.Qeyd edək ki, Azərbaycanla Yaponiya arasında diplomatic münasibətlər 1992-ci ildə qurulub.