Azərbaycanda yeddi komandaya texniki məğlubiyyət verildi

Azərbaycanda yeddi komandaya texniki məğlubiyyət verildi
İDMAN
18:26 24.12.2021
318
AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Komitə müxtəlif səbəblərdən yeddi komandaya texniki məğlubiyyət verib.

Region Liqasında iki belə hal yaşanıb. "Sədərək” – "Babək” və "Araz” (Naxçıvan) – "Kəngərli” oyunlarında "Sədərək”lə "Kəngərli” matçın gedişində meydanı özbaşına tərk etdikləri üçün hesab olduğu kimi saxlanılmaqla texniki məğlubiyyət alıblar.

U-14 Liqasında "Neftçi” İK İB – "Neftçi” PFK görüşündə birincilər qeydiyyatda olan oyunçunun yerinə başqasını meydana buraxaraq, "lipa”dan istifadə etdiyi üçün 0:3 hesablı məğlub sayılıb.

Digər dörd cəza U-13 Liqasına şamil edilib. "Polad” FK (Sumqayıt), "Təhsil” RİM (Bakı), "Xırdalan” FK və "Aquatic” FK komandaları müvafiq olaraq "İnternational” FA, "Sahil” FA, RİOEUGİM və AZART-la matça təyin olunan vaxtda gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.
OXŞAR XƏBƏRLƏR