Azərbaycanda yenə zəlzələ baş verdi

MARAQLI
12:09 16.11.2011
1992

Bu gün Azərbaycanda zəlzələ baş verib. AZXEBER.COM-un Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadla verdiyi məlumata görə, yeraltı təkanlar bu gün yerli vaxtla 10:03 radələrində Lənkəran şəhərindən 5 km şimali-qərbdə qeydə alınıb. Təkanların gücü 3.4 bal olub. 25 km dərinlikdə olan zəlzələ hiss olunmayıb. Qeyd edək ki, ötən gün Bakıda da zəlzələ baş vermişdi. Zəlzələ saat 23.34-də, Bakıdan 62 kilometr cənubi-şərqdə, Xəzər dənizində olub. Zəlzələ Bakıda 3 bala qədər hiss edilib.

OXŞAR XƏBƏRLƏR