Azərbaycanda yeni dövr başlayır: Seçkidən sonra hansı dəyişikliklər olacaq?

Azərbaycanda yeni dövr başlayır: Seçkidən sonra hansı dəyişikliklər olacaq?
SİYASƏT
13:58 11.01.2024
748
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli televiziya kanallarına geniş formada müsahibə verib.

Prezident jurnalistlərə müsahibəsində 44 günlük Vətən Müharibəsindən, lokal antiterror əməliyyatlarından və Xankəndi, Xocalıda Azərbaycan bayrağının dalğalanmasından danışıb.

Ölkə başçısı həmçinin 2024-cü ildə keçirilən prezident seçkilərindən danışaraq Azərbaycanda bu hadisənin yeni mərhələnin, dönəmin başlanğıcı olacağını söyləyib.

Hər kəsi maraqlandıran əsas suallardan biri isə ölkədə aparılması gözlənilən kadr islahatlarıdır.

Məsələ ilə bağlı AZXEBER.COM Milli Məclisin deputatı Naqif Həmzəyevin fikirlərini öyrənib.

Deputat bildirib ki, 2024-cü il Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən il olacaq və bu ildə yeni çağırışlar gözlənilir:

"Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bir çox sualları cavablandırdı. O cümlədən, prezident seçkilərinin keçirilməsinin əsas səbəblərini açıqladı. Prezident qeyd etdi ki, prezident seçkilərinin keçirilməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, artıq bizim üçün ən vacib, prioritet problemlərdən biri olan Qarabağ məsələsini həll etmişik, torpaqlarımız işğaldan azad olunub. 2023-cü ildə suverenliyimizi tam bərpa etmişik və məhz bu səbəbdən də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Həmçinin ölkə başçısının prezident seçilməsinin 20 illik yubileyi tamam olurdu. 2024-cü ildə keçiriləcək bu seçkilərlə bir növ yeni mərhələ başlayır və bu mərhələdə yeni çağırışlar var. Artıq biz keçmişdə qarşımızda duran məsələləri həll etdiyimiz üçün indi yeni qarşımızda duran hədəflərimiz var. Azərbaycanı daha da gücləndirməliyik, inkişaf etdirməliyik. Bunun üçün də prezident seçkiləri bir növ başlanğıcdır və yeni dövr bu hadisəylə başlayacaq.
 


Deputat seçkilərdən sonra gözlənilən yeniliklər haqda da danışıb: 

Bilirsiniz ki, prezident seçkilərindən sonra hökumət istefaya buraxılır və daha sonra yeni hökumət formalaşdırılır. Hökumətin fəaliyyəti aidiyyatı qurumlar tərəfindən, xüsusilə cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilir. Biz bundan öncəki dövrdə də bir çox hökumətdə mühüm vəzifələr tutan şəxslərin yerlərinin dəyişdirdiklərinin şahidi olmuşuq. Gənclərə çox böyük etimad göstərilib və bu günlərdə gənclər orta nəslin nümayəndələriylə birlikdə hökumətdə fəaliyyət göstərirlər. Onların qarşısına qoyulmuş missiyaları, vəzifələri yerinə yetirirlər".

Naqif Həmzəyev qeyd edib ki, Prezidentin dediyi yeni dönəmdə gənc mütəxəssislərin lazımi vəzifələrdə təmsil olunması gözlənilir:

"Düşünürəm ki, yeni dövrdə təbii ki, yeni kadr islahatlarının aparılması zəruridir. Xüsusilə bilirsiniz ki, neçə ildir ölkədə "Yüksəliş" müsabiqəsi keçirilir. Bununla yanaşı, bütün qurumlarda kadr bankı yaradılıb və ehtiyatda olan müxtəlif ixtisaslar üzrə hazır kadr bazaları var. Yeni dövrdə bu gənc mütəxəssislərin lazımi vəzifələrdə təmsil olunması gözlənilir və bu baxımdan da yeni dövrdə yeni çağırışlara cavab vermək üçün hər sahədə kadr islahatlarının aparılması mümkündür. Sadəcə olaraq prosesləri qabaqlamağa ehtiyac yoxdur. İlk növbədə biz prezident seçkilərini uğurlar başa çatdırmağı planlaşdırmalıyıq. Prezident seçkilərindən sonra isə proseslər mərhələli şəkildə həyata keçiriləcək. Xüsusilə də Azərbaycanın qarşısında 2024-cü ildə beynəlxalq tədbirlərin keçirilməsi durur. Hesab edirəm ki, Azərbaycan bu tədbirləri yüksək səviyyədə keçirəcək və təşkil edəcəkdir. Bir sözlə, qlobal məkanda baş verən bu münaqişələr fonunda Azərbaycan regionda stabilliyi qoruyub saxlaya biləcək.

Biz ümid edirik ki, 2024-cü ildə, eyni zamanda Ermənistanla sülh müqaviləsi imzalanacaq və Azərbaycan iqtisadiyyatı daha da güclənəcək. Vətəndaşlarımızın sosial rifahı yaxşılacaq".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”