Azərbaycanın əməkdar artisti infarkt keçirdi – FOTOLAR

MƏDƏNİYYƏT
12:29 14.01.2015
3558

Azərbaycanın əməkdar artisti Eldəniz Rəsulov infarkt keçirib.AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Eldəniz Rəsulovun özü məlumat verib:

“Ürək ağrılarım var idi, həkimə müraciət etdim, məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım, indi evdə müalicələrim davam edir. Səhhətim hələlik normaldır, dərmanları qəbul edim, görək necə olur”.

E.Rəsulov əlavə edib ki, bir müddətdən sonra əməliyyata ehtiyac yarana bilər: “Həkimlər dedilər ki, müalicənin nəticəsindən asılı olaraq, əməliyyata ehtiyac ola bilər”.

OXŞAR XƏBƏRLƏR