Dünən Rəşid Behbudov adına mahnı teatrında “Odlar Yurdu” mükafatının təqdimetmə mərasimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, bir neçə nominasiyada qaliblər mükafatlanıb.
Azərbaycanda ilin ən cazibədar xanım aparıcısı “Space TV”də yayımlanan “Plyus-minus” verilişinin aparıcısı Günel Hümbətova olub.Bu haqda açıqlama verən xanım aparıcı deyib:“İlk olaraq onu deyim ki, “Odlar Yurdu” mükafatı bu il aldığım 3-cü mükafatdır. Bu il həmçinin “ilin ən yaxşı gənc xanım aparıcısı” nominasiyasında da qalib olmuşdum.Bu mükafatı isə düzünü deyim gözləmirdim. Anidən mənə zəng gəldi və deyildi ki, qalib seçilmişəm. Çox sevindim, məni mükafata layiq görənlərə təşəkkür edirəm”.“İlin ən cazibədar aparıcısı” olan Günel Hümbətova Azərbaycanda bəyəndiyim teleaparıcıların da adını deyib:“Mənim Azərbaycanda bəyəndim teleaparıcılar çoxdur. Ən çox bəyəndiyim aparıcı Nərgiz Cəlilovadır. Bundan başqa Leyla Əliyevanı da çox bəyənirəm.Zənnimcə aparıcıya xas olan bütün keyfiyyətlər bu iki xanımda var. Nərgiz xanım haqda ümumiyyətlə çox danışmağa ehtiyac yoxdur. Onu hər kəs sevir və bəyənir. Amma bu mükafata nəzər salsaq, deyəsən bu özüməm (gülür)”Xanım aparıcının fotolarını təqdim edirik: