18:26 Bazar Günü, 24 Iyun 2018
SAĞLAMLIQ

Azərbaycanın ən güclü saç həkimi seçildi – Onu siz də tanıyın!

15:10, 25.05.201842332
Azərbaycanın ən güclü saç həkimi seçildi – Onu siz də tanıyın!
KLİNİK.AZ tibb portalı Sosial Media Mərkəzi ilə birlikdə "Ən yaxşı saç həkimi kimdir?” sualı ilə respondentlər arasında keçirdiyi sosioloji sorğuya yekun vurub.

AZXEBER.COM xəbər verir ki, bir həftə ərzində davam edən virtual səsverməyə qatılan soydaşlarımız ölkənin ən güclü 5 saç həkimi arasından birini qalib ediblər. Sosioloji sorğu bir milyona yaxın istifadəçinin təqib etdiyi feysbuk və instagram səhifələrində geniş işıqlandırılıb.

Ümumilikdə sorğuda 5392 respondent iştirak edib. Sorğu 25 may 2018-ci il saat 14:00-da dayandırılıb və elan olunduğu kimi, bundan sonra verilən səslər qeydə alınmayacaq.

Sorğuda adı keçən saç həkimləri hər biri kifayət qədər səs yığsalar da, əsas rəqabət Dr. Şahrud Əhmədov və Dr. Rəşad Əhmədov arasında gedib. Sorğuya qatılan respondetnlərin 29%, 1,554 səs Dr. Şahrud Əhmədonun xeyrinə səs verib və o sorğunun qalibi olub.

Azərbaycanda ən güclü saç həkimi (dermotonevroloq) kimdir?


Dr. Şahrud Əhmədov (29%, 1,554 Votes)

Dr. Rəşad Əliyev (21%, 1,123 Votes)

Dr. Ramil Qocayev (19%, 1,035 Votes)

Dr. Orxan Güllü (17%, 922 Votes)

Dr. Serkan Aydın (14%, 758 Votes)

Total Voters: 5,392

Şahrud Əhmədov kimdir?

Şahrud Mahmudağa oğlu Əhmədzadə ölkənin ən güclü saç həkimlərindən sayılır.

2003-2006-cı illərdə Azərvaycan Tibb Universitetinin Onkologiya kafedrasında Baş-Boyun Cərrahiyyəsi şöbəsində çalışıb. 2006-2009-cu ildə Azərbaycan Tibb Universitetinin Məhkəmə Təbabəti kafedrasında aspirantura təhsili alıb. Elmi işi tüklərin ekspertizasına aid olub, tibb elmləri üzrə fəlsəfə doktorudur.

Ölkəmizdə və xaricdə 40-dan cox elmi məqalələri nəşr olunub. 2009-cu ildən Azərbaycan Tibb Universitetinin Məhkəmə Təbabəti kafedrasında müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti Komitəsinin Sədridir, Həmçinin Health Baku Medical Center Klinikasının Baş Həkimidir.

O Health Baku Medical Center Klinikasının ki, İsrailin dünyaca məşhur hospitalının Azərbaycanda fialılı kimi fəaliyyət göstərir.

Dr. Şahrud Əhmədov Avropa protokollarına uyğun olaraq qısa müddətə saç əkilməsi prosesini həyata keçirir və bu sahədə Azərbaycanın ən güclü mütəxəssisi hesab edilir.

Dr. Şahrud Əhmədovun qəbuluna yazılmaq istəyən xəstələr üçün əlaqə nömrəsi:

(050) 626 90 90
XƏBƏR LENTİ