14:49 Cümə Axşamı, 18 Iyul 2019
MARAQLI

Azərbaycanın ən yaşlı sakini odur - 18 nəticəsi, 5 kötücəsi var

23:46, 28.02.20197758
Azərbaycanın ən yaşlı sakini odur - 18 nəticəsi, 5 kötücəsi var
Xəbər verdiyimiz kimi Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib. Tədqiqatlara əsasən, hazırda Azərbaycanın ən yaşlı vətəndaşı Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarovadır.

AZXEBER.COM xəbər verir ki, Alxas Cabbarov ölkənin ən yaşlı sakininin oğludur. O, Azvision.az -a bildirib ki, anası 3 oğul övladı dünyaya gətirib. Hazırda 10 nəvəsi, 18 nəticəsi və 5 kötücəsi var. 

"Anamın atasıgil çəltikçilik, pambıqçılıq, çayçılıqla məşğul olublar. Onların öz təsərrüfatları olub. Mal-qara, toyuq-cücə saxlayıblar. Zəhmətkeş insanlardılar. Anam uşaqlıqdan ailəsinə kömək edib, uzun illər təsərrüfatda işləyib. Anamın ata tərəfi uzunömürlüdür. Anası 108, atası 102 yaşında vəfat edib". 

A.Cabbarov indiyədək anasının səhhətində ciddi problemin olmadığını deyib: "İndi bir az gözü zəifləyib. Yəqin ki, yaşla əlaqədardır. Səhhətində başqa problem yoxdur. Normal gəzir, özünə yemək hazırlayır, çay süzür. Anam hazırda nəvələri və gəlinləri ilə birlikdə yaşayır. Deyir, gülür, gəlinləri onunla zarafatlaşır. Ürəyi istəyəndə bağda gəzir. Nəvələri onu çox istəyir, sözündən çıxmırlar. Anam aldığı təqaüdü onlara verir. Həyatından razıdır. Deyir, Allah nə qədər ömür veribsə, o qədər də yaşayacaq”. 

Mirzadə Cabbarovanın həyat yoldaşı 72 yaşında dünyasını dəyişib: "Onda anamın 82 yaşı var idi"
XƏBƏR LENTİ