Azərbaycanın iki məşhur futbolçusu ata oldu

İDMAN
12:39 02.07.2012
1849

Hazırlıqlarını Türkiyədə davam etdirən "Qarabağ"ın düşərgəsindən xoş xəbər gəlib. AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klubun futbolçuları İlqar Qurbanov və Vüqar Nadirov həyatlarında ilk dəfə atalıq sevincini yaşayıblar. Hər 2 futbolçumuzun oğlu dünyaya gəlib. "Qarabağ" ailəsinin yeni üzvlərinin adları da artıq məlumdur. Vüqar oğluna atasının, Azərbaycanın milli qəhrəmanı, "general" ləqəbli Ərşadın adını verib. İlqarın körpəsi isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını daşıyacaq.

OXŞAR XƏBƏRLƏR