Ailə qurmaq istəyənlər üçün Azərbaycanın ilk evlilik tanışlığı saytı - www.xosbext.com işıq üzü gördü .
Yenicə açılmış www.xosbext.com Azərbaycanda evlilik məqsədi ilə tanış olmaq istəyənlər üçün hazırlanmış xüsusi bir saytdır.
www.xosbext.com saytı kortəbii tanışlıqdan fərqli olaraq elmi testlər vasitəsi ilə əvvəl insanın xarakterini və xasiyyətini ətraflı öyrənməyə, bunun əsasında da ən uyğun namizədləri seçməyə kömək edir.
Siz www.xosbext.com saytında qeydiyyat zamanı psixoloji testləri həll edirsiniz, sistem isə testlərin cavablarına əsasən xasiyyət tipinizi müəyyənləşdirir və məhz sizə uyğun namizədləri göstərir. Onların içindən bəyəndiyiniz şəxsi seçmək isə sizin öhtənizə düşür. Testlərin çoxluğu sizi qorxutmasın, bir az səbrli olmaq sonradan daha münasib insanla ünsiyyətə kömək olacaq.Testləri həll etdikdən sonra özünüz haqqında ətraflı məlumatlar daxil edirsiniz, profilinizi yaradırsınız və zənginləşdirirsiniz.
Sayt təkcə sevgi tapmaq üçün deyil, həmçinin gələcək münasibətlər və ailə həyatı üçün də çox faydalıdır. Belə ki, Saytın bloqu -blog.xosbext.com-da münasibətlər, sevgi, toya və evlilik həyatına hazırlıq haqqında çoxlu maraqlı yazılara da rast gələ bilərsiniz.
Türkiyəli mütəxəssislər tərəfindən hazırlanmış www.xosbext.com saytı həm vaxtınıza qənaət edəcək, həm də İnternetdən tanıdığınız insanı gördüyünüz zaman məyus olmanızın qarşısını alacaq.Yeni olmasına baxmayaraq saytın artıq bir neçə min istifadəçisi var. Qeyd edək ki,www.xosbext.comsaytında qeydiyyat pulsuzdur.