‘Azərbaycanın mövqeyini daim dəstəkləyirik’

‘Azərbaycanın mövqeyini daim dəstəkləyirik’
SİYASƏT
10:11 30.06.2014
1173

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Şura Məclisinin binasında keçirilmiş görüş dostluq qrupunun sədri Abdulla Al Nasirin təşəbbüsü ilə baş tutub. Abdulla Al Nasir bu ayın əvvəllərində onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərovun dəvəti ilə ölkəmizdə səfərdə olduğunu xatırladıb. O, səfərin yüksək səviyyədə keçdiyini, ölkəmizdə gedən inkişafın və xalqımızın qonaqpərvərliyinin şahidi olduqlarını vurğulayıb. Dostluq qrupunun sədri ölkələrimiz arasında əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib. Abdulla Al Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini pisləyən ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib və dəstəkləyəcək. Çıxış edən dostluq qrupunun üzvləri Azərbaycana səfərdən və keçirilən yüksək səviyyəli görüşlərdən razı qaldıqlarını bildiriblər. Onlar ölkələrimiz arasında turistlərin qarşılıqlı səfərlərinin artırılması üçün sadələşdirilmiş viza rejiminə keçilməsinin zəruriliyini vurğulayıblar. Səfir Rasim Rzayev dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin sürətlə inkişaf etdiyini deyib. Diplomat parlamentlərarası dostluq qrupunun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. R.Rzayev görüşdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Görüş barədə məlumat Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrində yayılıb.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır