Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
İDMAN
20:09 21.08.2025
183
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR