Azərbaycanın rəqs ansamblı Türkiyədə Turizm Festivalında çıxış edib

MƏDƏNİYYƏT
10:11 27.08.2015
2195

Türkiyənin Kütahya şəhərində "Çini, Termal, Kültür-Sanat və Turizm Festivalı" keçirilib.

Festivalda Azərbaycanı təmsil edənrəqs ansamblı çıxış edib.

Festival Kütahya Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.

22 nəfərdən ibarət rəqs ansamblının üzvləri təqdim etdikləri proqramı "Qardaşlıq gecəsi" adlandırıblar. 1 saat müddətində davam edən konsertin sonunda Azərbaycan rəqs ansamblı Türkiyə bayrağını səhnəyə gətirərək, türk tamaşaçıları ilə vidalaşıblar.

Azərbaycan sənətçilərinin bu davranışı türk tamaşaçılarının alqışlarına səbəb olub.

//report

OXŞAR XƏBƏRLƏR