Azərbaycanın şou-biznes ulduzları 20 Yanvar faciəsindən nə yazdılar?

MAQAZİN
16:50 21.01.2013
2426
Dünən 20 Yanvar faciəsinin ildönümü idi. AZXEBER.COM ANSPRESS-ə istinadən şou-biznes ulduzdlarının bu günlə bağlı sosial şəbəklərdə paylaşdıqları statusları təqdim edir. Xalq artisti Faiq Ağayev Facebook səhifəsində yazıb: “Xalqımın qanlı, şanlı tarixi. Millətimin qürur, şərəf səlnamesi. Azərbaycanın müqəddəs yaddaş nöqtəsi. 20 yanvar... Şəhidlik zirvəsi!”.Xalq artisti Aygün Kazımovanın Facebookdakı sosial şəbəkəsində “Vətən-Ana” mahnısında iki misra paylaşıb: “Allahım, Allahım eşit ana fəryadını,Allahım dua edim özün qoru övladını!!!”.Əməkdar artist Aybəniz Haşımova 23 il əvvəl başına gələni yazıb.: “1990-ci il idi. “Vətən” cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırdım. O gün də məşqdən qayıdırdı. “11-ci qızıl ordu” deyilən yerdə qohumumgildə qalırdım. Yolda minlərlə insanın toplaşdığını görəndə bərk narahat oldum. “Bu nədir?” sualını verəndə hər kəs bir azdan rus tanklarını şəhərə buraxmamaq üçün buraya toplaşır dedilər. Silahsız insan rus ordusunun qarşısını necə kəsə biləcəkdi axı. Birdən elə bir ürəyimə xəncər soxdular. Sanki, baş verəcək faciəni hiss edirdim. Evdə otura bilmirdim. Narahatlığımdan elə hey balkonda olurdum. Birdən qışqırtı eşitdim. Elə bir qışqırtı ki, ömrümün sonuna qədər unutmaram. ((((((((((( Birdən balkondan baxan aadmlara atmağa başladılar. Mən duran balkonun divarına neçə güllə dəydi. Bunların məqsədi o gecə hamını qırmaq idi. Onlar tapşırıqla şəhəri girmişdilər. Bu da son… Qırdılar, sonra da özlərini elə apardılar ki, elə bil heç nə olmayıb. (((( Artıq neçə ildir “20 Yvanvar” deyə ağı deyirik((. Allahdan arzu edirəm ki, millətimin qanı yerdə qalmasın. Rus imperiyasının törətdiyi bu qanlı faciə onlara ikiqat başa gəlsin. Alla bütün Şəhidlərimizə rəmət eləsin! Amin!”.Müğənni Ədalət Şükürov Twitter səhifəsində “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlara çox şey borcluyuq. Unutmayaq” yazıb. Ədalət Azərbaycan və ingilis dillərində #20Yanvar şəhidlərini #unutma'yacağıq! We'll #neverforget victims of #BlackJanuary ismarışını da paylaşıb.Müğənni Nura Suri isə Facebook səhifəsində tanınmış ssenarist və kinorejissor Ramiz Fətəliyevin 1990-cı ilin 20 yanvarı ilə bağlı xatirələrini paylaşıb.Azərbaycandan kənarda yaşayan şou-biznes təmsilçilərimiz də 20 Yanvar faciəsinin ildönümünü unutmayıblar. Azəri qızı Günel (Zeynalova) Twitter səhifəsində şəhidlərimizə rəhmət diləyib.Müğənni Röyanın rəsmi Twitter səhifəsində 20 Yanvar faciəsinin ildönümünə geniş yer ayrılıb. Səhifədə 20 Yanvar faciəsi ilə bağlı foto yerləşdirilib və “Unutmadıq!!!” yazılıb. Röyanın səhifəsində onun ifasında “Şəhid olsam ağlam” mahnısının klipi də paylaşılıb.

OXŞAR XƏBƏRLƏR