“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Türkiyədə əməliyyat olunub.
AZXEBER.COM klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, qasıq nahiyəsində uzun müddət problemlər yaşayan Azərbaycan millisinin kapitanı “Qəbələ”ylə son turdakı oyundan dərhal sonra qardaş ölkəyə müalicəyə gedib. Artıq 29 yaşlı futbolçu uğurla əməliyyat olunub. Hazırda Rəşadla birgə olan komandanın fizioterapevti Oktay Gürsoy Rəşadın əməliyyatının uğurla keçdiyini bildirib. Əməliyyat hər 2 nahiyədə keçirilib. Rəşad özünü hazırda yaxşı hiss edir. Bir neçə gün həkim nəzarətində qalacaq Sadıqovun qısa zamanda vətənə dönəcəyi gözlənilir.