Xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı əməliyyatdan sonra ilk dəfə olaraq teatra tamaşaya baxmağa gəlib.Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarlının əməkdaşımıza verdiyi məlumata görə, Afaq xanım özünü çox yaxşı hiss edir və teatr üçün darıxdığını bildirib:
“Bu yaxınlarda yeni tamaşanın premyerası olacaq və Afaq xanım da elə məhz bu səbəbdən tamaşaya baxmağa gəlib. Əsgər Əsgərovun rejissoru olduğu Jan Batist Molyerin “Skapenin kələkləri” əsəri artıq tamaşaya hazırdır. Sənət dostları Afaq xanımın teatra gəlməsinə, onunla yenidən birlikdə olmasına çox sevindilər. Həmkarları ilə söhbəti zamanı Afaq xanım bəzi məqamlarda kövrəkliyini saxlaya bilmirdi.Onu da qeyd edim ki, tamaşa dekabrın 11-də Rus Dram Teatrının səhnəsində oynanılacaq. İnşallah, həkimlər icazə verər və Afaq xanım da yenidən bizimlə olar, tamaşalarda iştirak edər”.//milli.az