Azərbaycanın xalq artisti: 'Müəllim odur ki, dərs vermədən tələbəsi olsun'

MƏDƏNİYYƏT
10:31 07.02.2013
1784

Xalq artisti Habil Əliyev həyatda yaşamaqdan doymadığını dilə gətirib. AZXEBER.COM-un məlumatına görə, xalq artisti ölümdən qorxduğunu da bildirib. “Mən ölmək istəmirəm. Hələ yaşamaq istəyirəm. Çünki buna layiqəm” deyə danışan Habil Əliyev kamança ilə bu qədər məşhur birisi olacağını heç gözləmədiyini də qeyd edib. “Düşünməzdim ki, bu sənətlə mən bu qədər şan-şöhrət qazana biləm”. Daha sonra xalq artisti maraqlı açıqlaması ilə də diqqət çəkib. Belə ki, Habil Əliyev, “Müəllim odur ki, dərs vermədən tələbəsi olsun. Məsələn mən. Bu günə qədər heç vaxt dərs verməmişəm. Ancaq, saysız hesabsız tələbəm var. Kimsə kamançada ifa etdiyində, həmin insanda Habil yolu olub olmadığını mən rahatlıqla hiss edə bilirəm. Bu da məni çox sevindirir” deyə fikirlərini bölüşdü.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR